SON DƏQİQƏ

SƏRSƏM EDAM QƏRARI

Tarix:

31-05-2019, 18:33

/ 1 428 dəfə oxundu.
SƏRSƏM EDAM QƏRARI

 

Şimali Koreya Dövlət Şurasının xüsusi nümayəndəsi və ABŞ-la danışıqlar üzrə səlahiyyətli şəxs Kim Hayek Çxol qəribə səbəbə görə edam edilib.

Ölkənin lideri Kim Çen In və ABŞ prezidenti Donald Tramp tərəfindən uğursuz danışıqlar ona baha başa gəlib. Bu barədə "Chosun Ilbo" nəşri məlumat verib. Yayılan informasiyalara görə, Çxolla birgə Xarici İşlər Nazirliyinin 4 əməkdaşı da Kim Çen Inın qəzəbindən qurtula bilməyib. 
Xatırladaq ki, bu ilin 27-28 fevral tarixlərində Vyetnamın paytaxtı Hanoyda Donald Trampla Şimali Koreya liderinin ikinci görüşü keçirilib. Görüşün nəticəsi olaraq nüvə silahlarının ləğvi və digər məsələlərlə bağlı heç bir yekdil razılaşma əldə olunmayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ