İsraili meşə yanğınları bürüdü: Şəhərlər boşaldılır

İsrailin mərkəzi ərazilərində güclü meşə yanğınlarının başlaması səbəbindən ətrafdakı yaşayış məntəqələri təxliyə edilib, avtomagistrallarda hərəkət dayandırılıb.

GunAz.az xəbər verir ki, bu barədə yerli polisin məlumatında deyilib.

Yanğın Qüds və Modiin şəhərlərinin müəyyən ərazilərini cənginə alıb.

Xüsusilə isti və quru hava yanğının genişlənməsinə şərait yaradır.

Yanğının söndürülməsi üçün havadan və qurudan əməliyyatlar keçirilir.

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]