SON DƏQİQƏ
» » İranın İsfahan şəhərində qadınların velosiped sürməsinə icazə verilməyib

İranın İsfahan şəhərində qadınların velosiped sürməsinə icazə verilməyib

Tarix:

23-05-2019, 21:46

/ 1 144 dəfə oxundu.
İranın İsfahan şəhərində qadınların velosiped sürməsinə icazə verilməyib

GunAz.az xəbər verir ki, İranın İsfahan şəhərinin İctimai və İnqilabi Hakimi Əli İsfahani qadınların velosiped sürməsini haram sayaraq qadağan edib.

"Qanuna əsasən, qadınların ictimai yerlərdə velosiped sürməsi qadağandır. Polisə tapşırıq verilib ki, qadın velosipedçilərə xəbərdarlıq etsin və şəxsiyyət vəsiqələrini əllərindən alsın", - Əli İsfahani deyib və əlavə edib: "Bir müddətdir cümə ibadətçiləri və şəhidlərin ailələri ictimai yerlərdə qadınların velosiped sürməsindən narazılıq edirlər".

Bir müddət əvvəl İsfahanın Cümə ibatəçilərinın müvəqqəti başçısı Seyid Yusif Tabatabai Nejad İsfahan şəhərinin rəsmilərini qadınlara velosiped sürməyə icazə verdiklərinə görə sərt şəkildə tənqid edib və rəsmilərdən məsələylə məşğul olmağı tələb edib.

Qeyd edək ki, İran rejiminin qadınların velosiped sürməsini haram buyurması ilk hal deyil. 2016-cı ildə İran İslam Respublikasının lideri Əli Xamneyi qadınların velosiped sürməsini "göstəriş" adlandırmış və "haram" buyurmuşdu.

Xüsusilə Ramazan dövründə hakimiyyət təhlükəsizlik mühitinin yaradılmasına əhəmiyyət verir.

ABŞ-la gərginliyin artması fonunda hökumət küçə etirazlarının İranı yenidən bürüyəcəyindən ehtiyat edir.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ