SON DƏQİQƏ
» » Quterreşdən bu ölkələrə çağırış: Yenidən nəzər salın

Quterreşdən bu ölkələrə çağırış: Yenidən nəzər salın

Tarix:

18-05-2019, 22:03

/ 190 dəfə oxundu.
Quterreşdən bu ölkələrə çağırış: Yenidən nəzər salın

BMT-nin Baş katibi Antonio Quterreş Sakit okean ölkələrinə turnesi çərçivəsində 9 adadan ibarət arxipelaqda yerləşən əhalisinin sayı 11 min nəfər olan Tuvalu dövlətinə səfər edib.

GunAz.az xəbər verir ki, A.Quterreş deyib ki, Tuvalu sakinləri iqlim dəyişmələrində hamıdan az təqsirkar olsalar da, bu dəyişikliklərin fəsadlarını hamıdan əvvəl hiss edəcəklər.

BMT-nin Baş katibi Tuvalunun Baş naziri Enele Sopoaqa ilə birgə mətbuat konfransında deyib: “Mən Tuvalu xalqı və hökuməti ilə möhkəm həmrəyliyimi və sizin mərdliyinizlə fəxr etdiyimi bildirmək istəyirəm. Siz “iqlim dəyişmələri ilə mübarizə”nin lap kənarında olsanız da, iqlim dəyişmələrinin nəticələri Tuvalu üçün daha faciəlidir”.

Antonio Quterreş Sakit okeandakı ada dövlətlərinin iqlim dəyişmələrində hamıdan az təqsirkar olduqlarını, lakin onun mənfi nəticələrindən hamıdan çox əziyyət çəkəcəklərini dəfələrlə bəyan edib. Planetin qızması okean səviyyəsinin artmasına gətirib çıxaracaq, Sakit okeandakı bəzi adalar, xüsusən də Tuvalu adaları su altında qalmaq təhlükəsi ilə qarşılaşacaqlar.

BMT rəhbəri mətbuat konfransında deyib: “Onlar (zəngin dövlətlər) öz enerji siyasətini, nəqliyyat sistemini dəyişməli, öz şəhərlərinin idarə edilməsi strategiyasına və mədən yanacağından istifadə praktikasına yenidən nəzər salmalıdırlar. İqlim dəyişmələri Tuvalunun səyləri ilə dayandırıla bilməz, bu işlə bütün dünya məşğul olmalıdır”.

A.Quterreş yerli jurnalistlərə və arxipelaqın sakinlərinə iqlim məsələləri üzrə Nyu-Yorkda keçiriləcək sammiti barədə danışıb.

BMT rəhbəri qeyd edib ki, bütün dövlətlər iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması və bu səylərin maliyyələşdirilməsi istiqamətində öz milli planlarını yeniləməlidirlər.

Baş katib Tuvaluda okean səviyyəsinin qalxacağı təqdirdə su altında qalacaq sahilboyunda baydarkada simvolik ekskursiyaya çıxıb, həmçinin yerli adalardan birində kokos ağacı əkib.

скачать dle 12.1

Şərhlər