SON DƏQİQƏ
» » Avstriyalı vitse-kansler rusiyalı qadına görə istifaya göndərilir

Avstriyalı vitse-kansler rusiyalı qadına görə istifaya göndərilir

Tarix:

18-05-2019, 14:54

/ 225 dəfə oxundu.
Avstriyalı vitse-kansler rusiyalı qadına görə istifaya göndərilir

Rusiyalı qadınla gizli əməkdaşlıqda şübhəli bilinən Avstriya vitse-kansleri Hayns-Kristian Ştraxe yaxın saatlarda istefa verəcək.

Bu barədə Avstriyanın APA agentliyi məlumatlı mənbələrə istinadən informasiya yayıb.

Məlumata görə, yaranmış vəziyyətdən çıxış yolu kimi Avstriya hökuməti iki variantı nəzərdən keçirir: ya Milli Şuraya seçkilər elan ediləcək, ya da gələcək vitse-kansler kimi Norbert Hoferlə iş davam etdiriləcək.

“Reuters” agentliyi ölkənin kansleri Sebastian Kurtsun siyasətçi ilə bundan sonra birgə işləmək fikrində olmadığını bldirib. Vitse-kanslerlə rusiyalı qadın arasında gizli sövdələşmə haqqında “Süddeutsche Zeitung” qəzeti yazıb. Yayılmış qalmaqallı videoda, siyasətçi və onun köməkçisi Yohann Qudenusun rusiyalı oliqarxın qızı ilə İbizada görüşdüyü iddia olunur.

İddiaya görə, rusiyalı qadın Ştraxeyə seçkilərdə qalib gəlməkdə kömək etməli idi. Bunun əvəzində isə siyasətçi tikinti sektorundakı dövlət kontraktlarını onun şirkətlərinə həvalə etməyi öhdəsinə götürmüşdü.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ