SON DƏQİQƏ
» » Putin və Pompeo İranın nüvə sazişini müzakirə ediblər

Putin və Pompeo İranın nüvə sazişini müzakirə ediblər

Tarix:

15-05-2019, 08:07

/ 167 dəfə oxundu.
Putin və Pompeo İranın nüvə sazişini müzakirə ediblər

Rusiya prezidenti Vladimir Putin və ABŞ-ın dövlət katibi Mayk Pompeo Soçidə keçirilən görüş zamanı İranın nüvə sazişi ətrafında yaranan vəziyyəti müzakirə ediblər.

GunAz.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Amerika xarici siyasət idarəsinin rəhbəri mayın 14-də ilk dəfə Rusiyaya səfər edib. O həmçinin rusiyalı həmkarı Sergey Lavrovla da görüşüb.

"Biz Amerika administrasiyasının hərəkətlərinə qarşı kritik yanaşmamızı ortaya qoyduq", — deyə Uşakov bildirib.

Onun sözlərinə görə, tərəflər söhbət zamanı İrana da çox vaxt sərf ediblər. Lakin Rusiya prezidentinin köməkçisi danışıqların detallarını açıqlamaqdan imtina edib.

"Mən deyərdim ki, bu barədə maraqlı müzakirələr oldu", - deyə Uşakov bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ