SON DƏQİQƏ

Tramp Ağ Evdə iftar verdi

Tarix:

14-05-2019, 12:59

/ 228 dəfə oxundu.
Tramp Ağ Evdə iftar verdi

ABŞ Prezidenti Donald Tramp Ramazan ayı münasibətilə Ağ Evdə iftar süfrəsi təşkil edib.

GunAz.az xəbər verir ki, iftara müsəlman dövlətlərin ABŞ-dakı diplomatik nümayəndəliklərinin üzvləri dəvət olunub.

“Bütün dünyadakı müsəlmanların Ramazan ayını qeyd etdiyi bu xüsusi vaxtda iftar yeməyinə Ağ Evdə ev sahibliyi etmək mənim üçün şərəfdir”, - Tramp bildirib.

Qeyd edək ki, Ağ Evdə iftar ənənəsi təxminən 20 ildir mövcuddur. Bu ənənəni yalnız 2017-ci ildə iftar mərasimi təşkil etməyən Donald Tramp pozmuşdu.

N.SAFURA

скачать dle 12.1

Şərhlər