SON DƏQİQƏ
» » Gürcüstanın azad edilməsi əməliyyatı başladı – Saakaşvilidən şok

Gürcüstanın azad edilməsi əməliyyatı başladı – Saakaşvilidən şok

Tarix:

14-05-2019, 12:47

/ 273 dəfə oxundu.
Gürcüstanın azad edilməsi əməliyyatı başladı – Saakaşvilidən şok

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Münhendə Avropada yaşayan Gürcüstan vətəndaşları ilə görüşüb.

GunAz.az xəbər verir ki, görüşdə 12 məsələ müzakirə edilib. 5 saat davam edən görüşdə Saakaşvili oliqarxik rejim, Gürcüstanın problemləri, korrupsiya, Rusiyadan gələn təhdidlər barədə danışıb. O, bu görüş sayəsində Gürcüstanın azad edilməsi əməliyyatının başladıldığını bildirib:

“Biz kadrlar bankı yaratmalıyıq. Hökumətin rəsmi ideologiyası korrupsiyadır və izn vermək olmaz ki, korrupsiya ideologiyaya çevrilsin. Haqq, intellekt, gürcü xalqı, tarix, polis, ordu bizim tərəfimizdədir. Gürcüstanın azad edilməsi əməliyyatı bu gün rəsmi olaraq başladıldı və biz onu yekun qələbəyə qədər aparacağıq”.

Özünü oğlunu itirən ata adlandıran Saakaşvili İvanişvilidən özünün övladları hesab etdiyi Kutaisi parlamentini, Batumidəki Amerika Texnologiyaları Universitetini, gürcü ordusunu, hərbi istehsalı məhv etdiyinə görə qisas alacağını vurğulayıb. O, həmçinin 2012-ci ilə qədər İvanişvilinin bankrot olmaq yolunda olduğunu deyib və yalnız Rusiyanın onu siyasətə atmasından sonra bu yoldan xilas olduğunu söyləyib:

“2011-də ruslar İvanişviliyə dedilər ki, əgər onlara Gürcüstanın müharibədə uduzmasına yardım etsə, ona 2 milyard dollar verəcəklər. Onun həmin dövrdə “Kartu” bankında aktivləri 400 milyon laridən az idi. 2012-ci ildə qeydə alınan bu rəqəm indi 2 milyard laridir. Bu pullar gürcülərin ciblərindən oğurlanıb”.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ