SON DƏQİQƏ
» » Assanca qarşı “zorlama” işi yenidən açıla bilər

Assanca qarşı “zorlama” işi yenidən açıla bilər

Tarix:

13-05-2019, 11:30

/ 212 dəfə oxundu.
Assanca qarşı “zorlama” işi yenidən açıla bilər

İsveç prokurorluğu yaxın saatlarda “Vikiliks”in təsisçisi Culian Assanca qarşı “cinsi zorakılıqla” bağlı işin yenidən açılıb-açılmayacağına qərar verəcək.

BBC-nin məlumatına görə, iddia olunan zorlama qurbanları yenidən şikayət ərizəsi ilə müraciət etsə, istintaqa yenidən başlanacaq.

İttihamları əvvəldən rədd edən Assanc İsveçə ekstradisiya olunmamaq üçün 2012-ci ildə Ekvadorun Londondakı səfirliyinə sığınmışdı.

47 yaşlı ictimai fəal ötən ay diplomatik nümayəndəliyin binasından qovularaq, polis nəzarətinə götürülüb və girov müqabilində azad olunma şərtlərini pozduğuna görə 50 həftə müddətinə həbs olunub.

ABŞ da Assancın ekstradisiyasına nail olmağa çalışır. Assanc 2010-cu ildə Pentaqona aid məxfi sənədləri və diplomatik materialları internetə sızdırmaqda şübhəli bilinir. ABŞ-da mühakimə olunacağı tədqirdə ona ölüm cəzası belə verilə bilər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ