SON DƏQİQƏ

Pompeo Moskva səfərini ləğv etdi

Tarix:

13-05-2019, 09:44

/ 204 dəfə oxundu.
Pompeo Moskva səfərini ləğv etdi

ABŞ Dövlət katibi Mayk Pompeo Moskvaya səfərini ləğv edib.

GunAz.az xəbər verir ki, bu məlumatı ABŞ Dövlət Departamenti yayıb. Məlumata görə, Pompeonun bununla belə Rusiya səfəri ləğv edilməyib. Onun Soçiyə gedəcəyi və Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyi bildirilib.

Qeyd edək ki, bundan öncə Pompeonun Rusiya səfəri zamanı Moskvaya gedəcəyi və burada ABŞ səfirliyinin nümayəndələri, amerikalı iş adamları ilə görüşəcəyi, daha sonra isə Soçiyə səfər edəcəyi açıqlanmışdı.

скачать dle 12.1

Şərhlər