SON DƏQİQƏ
» » Litvada prezident seçkilərində seçicilərin 56,46 faizi iştirak edib

Litvada prezident seçkilərində seçicilərin 56,46 faizi iştirak edib

Tarix:

13-05-2019, 10:00

/ 242 dəfə oxundu.
Litvada prezident seçkilərində seçicilərin 56,46 faizi iştirak edib

Mayın 12-də Litvada keçirilən prezident seçkiləri ilə bağlı səsvermə başa çatıb.

GunAz.az xəbər verir ki, təxminən 2 min seçki məntəqəsi yerli vaxtla saat 20:00-da bağlanıb. Lakin bəzi seçki məntəqələrində uzun növbələrin yaranmasını nəzərə alan seçki komissiyası onların vaxtını bir qədər də uzadıb. 

Seçkilərdə 2,4 milyondan çox seçici səs verib. İlkin məlumata görə, seçicilərin 53,6 faizi seçkidə iştirak edib

Qeyd edək ki, prezidentlik postu uğrunda 9 namizəd mübarizə aparır. Ekspertlərin fikrincə, iqtisadçı Qitanas Nauseda, sabiq maliyyə naziri İnqrida Şimonite və Baş nazir Saulius Skvernelis seçkilərdə favorit hesab olunurlar.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ