SON DƏQİQƏ
» » "Tehran Azərbaycan ərazisindən ona qarşı istifadə olunacağından narahatdlr, amma..." – EKSPERT RƏYİ

"Tehran Azərbaycan ərazisindən ona qarşı istifadə olunacağından narahatdlr, amma..." – EKSPERT RƏYİ

Tarix:

11-05-2019, 21:21

/ 208 dəfə oxundu.
"Tehran Azərbaycan ərazisindən ona qarşı istifadə olunacağından narahatdlr, amma..." – EKSPERT RƏYİ

"Rusiya-İran danışıqlarında Cənubi Qafqaz mövzusu gündəmə gələrsə, bu zaman Azərbaycan məsələsi ciddi şəkildə müzakirə predmeti olacaq”

 

Sfera.az-a açıqlamasında bu sözləri Rusiya xarici işlər naziri Lavrovun İranlı həmkarı ilə Moskva görüşündə bir sıra digər məsələlərlə yanaşı, Cənubi Qafqaz, və Xəzər məsələsini də müzakirə edəcəklərinə münasibət bildirərkən politoloq Natiq Miri deyib:

 

"Suriyada fəaliyyət göstərən Rusiya və İrana qarşı hazırda ABŞ-İsrail ittifaqı fəaliyyətdədir. ABŞ İrana sanksiyalar tətbiq edib ki, bu da cənub qonşumuzda ciddi iqisadi çöküşə səbəb olub. Nəticədə İranda ciddi sosial etirazlara səbəb ola biləcək bir vəziyyət yarana bilər. Ona görə də belə bir həssas məqamda Tehranla Moskvanın bölgəmizlə bağlı bəzi müzakirələri aparması gözləniləndir. Moskva və Tehran həmçinin narahatdır ki, onlara münasibətdə tətbiq edilən iqtisadi sanksiyalar gələcəkdə hansısa hərbi əməliyyatlarla əvəzlənə bilər. İsrailin verdiyi, hələlik təsdiqlənməyən kəşfiyyat informasiyasına görə, təcili qaydada Vaşinqton Yaxın Şərqə təyyarə daşıyan gəmi və bombardmançı qüvvələri göndərib. Həmin fakt isə regionda yeni bir təhlükənin, hərbi təxribatların ola biləcəyinin əlamətidir. Yaranmış vəziyyət region üçün ciddi təhlükə və qarşıdurmalar vəd edir. Belədə həmin regionda qarşıdurmanın kəskinləşməsilə təkcə İran deyil, qonşular, o cümlədən Azərbaycan da müəyyən ziyana uğrayacaq”.

 

Ekspert düşünür ki, məhz bu səbəblərdən Rusiya və İran XİN rəhbərlərinin görüşündə, Qafqaz və Azərbaycan məsələsi müzakirə obyekti olacaq: "Ola bilsin, İran əndişələnir ki, gələcəkdə ona qarşı hərbi əməliyyatlar baş verərsə, bu zaman Azərbaycandan bir plasdarm olaraq Tehrana qarşı istifadə oluna bilər. Bilirsiniz ki, İsraildən qalxan təyyarələr İranı vurandan sonra həmin yanacaqla öz ölkələrinə qayıda bilmir. Ona görə onların ümtləq mənada təyyarələrinin yenidən yanacaqla təmin edilməsi üçün hər hansı bir digər ölkəyə ehtiyacları var. Tehran da əndişələnir ki, bu ölkə məhz Azərbaycan ola bilər. Ancaq bu normal əndişələr deyil. Çünki Azərbaycan heç zaman öz ərazisindən üçüncü ölkəyə İrana qarşı hərbi yöndə istifadə etməyə icazə verməz. Çünki bu halda Azərbaycan da öz ərazisini təhlükə altına atmış olur.

 

Ona görə də düşünürəm ki, Tehran-Moskva danışıqlarında Cənubi Qafqaz məsələsinə baxılarsa, burada Azərbaycan məsələsi ciddi şəkildə müzakirə predmeti olacaq. Həmçinin İranla Rusiya arasında Cənubi Qafqaz məsələsi çözülərkən ola bilər Dağlıq Qarabağ konfliktinin yenidən hərbi müstəviyə keçməsi də müzakirə edilə bilər. Ona görə ki, hərbi əməliyyatların başlanması həm Rusiya, həm də İran üçün arzuolunmaz vəziyyət yarada bilər”.

 

 

Qeyd edək ki, bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada İranlı həmkarı Məhəmməd Cavab Zərifi ilə görüşməlidir. Görüşdə bir sıra məsələlərlə yanaşı Cənubi Qafqaz, Xəzər məsələsinin də müzakirə ediləcəyi gözlənilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ