SON DƏQİQƏ
» » Fransada etirazçılar yenə küçələrə axışdı - Foto

Fransada etirazçılar yenə küçələrə axışdı - Foto

Tarix:

9-05-2019, 22:08

/ 178 dəfə oxundu.
Fransada etirazçılar yenə küçələrə axışdı - Foto

Fransada hökumətin dövlət qulluğunun müasirləşdirilməsinə dair qanun layihəsinə etiraz olaraq dövlət qulluqçuları nümayiş keçirirlər.

GunAz.az Azərtac-a istinadən xəbər verir ki, həmkarlar ittifaqları dövlət qulluqçularını küçələrə axışmağa çağırıb. Ölkə üzrə 150 nümayiş təşkil olunub.

Qeyd edək ki, bu, Emmanuel Makronun prezidentliyi dövründə dövlət qulluğu ilə bağlı keçirilən dördüncü kütləvi nümayişdir. Ancaq ilk dəfədir ki, hökumət bütün həmkarlar təşkilatlarının səfərbərliyi ilə üzləşir. Yeni qanuna əsasən 2022-ci ilə qədər 120 min dövlət qulluqçusu iş yeri ilə xudahafizləşməlidir.

Nümayişçilər arasında təhsil və səhiyyə sahələrinin nümayəndələri daha çox fərqlənir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ