“Taxt oyunları” serialının sonuncu bölümündə yer alan “Starbucks” fincanının bir xəta olduğu deyilsə də, reklam olması isbat olunub.
GunAz.az xarici mətbuata istinadən xəbər verir ki, ekran işini yayımlayan HBO kanalı reklam iddiası barədə təkzib yayımlayıb.
Ancaq “Critical Mention” şirkəti bildirib ki, serialında yer alan “xəta” 2,3 milyard dollarlıq reklam və pr müqaviləsidir.
Qeyd edək ki, bu viral pr dünyanın ən bahalı reklamı hesab olunur.