SON DƏQİQƏ
» » Paşinyanın Bakıya qarşı hiyləsi: İsrail hər şeyi anlayı

Paşinyanın Bakıya qarşı hiyləsi: İsrail hər şeyi anlayı

Tarix:

9-05-2019, 10:09

/ 166 dəfə oxundu.
Paşinyanın Bakıya qarşı hiyləsi: İsrail hər şeyi anlayı

Paşinyan hökumətinin məqsədi rəsmi Təl-Əvivin İrəvana olan münasibətini dəyişmək və Azərbaycana qarşı müttəfiq olmaqdır.

Bu sözləri GunAz.az-a son vaxtlar Ermənistanın İsrailə yaxınlaşmaq cəhdlərinə münasibət bildirən politoloq İlqar Vəlizadə deyib. O bildirib ki, Paşinyan İsraillə yaxınlaşmaqla Bakı-Təl-Əviv münasibətlərinə mənfi təsir göstərə biləcəyini düşünür:

“İsrail hökuməti yaxşı başa düşür ki, Ermənistanın əsas istəyi onlardan istifadə etməkdir. Ermənistan uzun illərdi öz qondarma soyqırımını dünyada tanıtmağa çalışır. Bu qondarma soyqırımı İsrail də tanımır. İsraildə ermənipərəst siyasətçilər tez-tez çalışır ki, Ermənistanla münasibətləri düzəltməyə doğru addımlar atılsın, lakin heç bir nəticə vermir”.

Politoloq İsrail-Azərbaycan münasibətlərinin dərin kökləri və iqtisadi, siyasi əlaqələri haqqında danışıb:

“Müstəqillik illərinin əvvəlindən İsrail-Azərbaycan münasibətləri daha da dərinləşib. Azərbaycandan İsrailə köçən yəhudilərin siyasi fəallığı da bu münasibətlərin böyüməsində rol oynayıb. 2000-ci ilin əvvəlindən Azərbaycan və İsrail arasında hərbi-texniki əməkdaşlıq inkişaf etməyə başlayıb. Bakı-Tiflis-Ceyhan neft kəməri fəaliyyətə başladıqdan sonra İsrail hökuməti neftimizin əsas alıcısına çevrildi. İsrailin idxal etdiyi neftin 20 faizi Azərbaycan neftidir. Bu əməkdaşlıq bir daha onu göstərir ki, İsrail həm hərbi-texniki, həm də iqtisadi sahədə Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir”.

Qeyd edək ki, İsrail Müdafiə nazirinin keçmiş müavini Efraim Sne “Stmegi.com” saytına müsahibəsində İsrail-Azərbaycan qardaşlığından danışıb. O bildirib ki, İsrail heç vaxt Azərbaycanın düşməninə - Ermənistana bir güllə də satmaz.

скачать dle 12.1

Şərhlər