SON DƏQİQƏ
» » Tramp “Twitter”dən “Twitter” rəhbərinə şikayət etdi

Tramp “Twitter”dən “Twitter” rəhbərinə şikayət etdi

Tarix:

24-04-2019, 19:45

/ 10 222 dəfə oxundu.
Tramp “Twitter”dən “Twitter” rəhbərinə şikayət etdi

ABŞ prezidenti Donald Tramp Ağ Evdə “Twitter” sosial şəbəkəsinin rəhbəri Cek Dorsi ilə görüşüb.

Bu barədə Ağ Ev rəhbəri öz Twitter səhifəsində məlumat paylaşıb.

O, C.Dorsi ilə  plaftormaya və ümumiyyətlə, sosial şəbəkə dünyasına aid bir sıra aktual məsələləri müzakirə etdiklərini diqqətə çatdırıb.

“Twitter” rəhbəri isə görüşün Ağ Evin təşəbbüsü ilə keçirildiyini, 2020 prezident seçkiləri (ABŞ) ərəfəsində ictimai müzakirələr mövzusunda söhbətin aparıldığını bildirib.

“The Washington Post” və  “Reuters” mənbələri görüşdə, həmçinin, D.Trampın sosial şəbəkə ilə bağlı şikayətlərinin dinlənildiyini qeyd edir. Tramp “Twitter”in onun bəzi “folloverləri”nin hesablarını bloka salmasından gileylənib. Dorsi isə bunu saxta trollara və spam-hesablara qarşı mübarizə ilə əlaqələndirib.

Qeyd edək ki, “Twitter” Trampın ən sevimli sosial şəbəkəsidir. Ağ Ev rəhbərinin elə günü yoxdur “tvit” atmasın. Onun 60 milyondan çox izləyici “ordusu” var.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ