SON DƏQİQƏ
» » Türkiyənin Sürixdəki baş konsulluğuna hücum: üç nəfər həbs edildi

Türkiyənin Sürixdəki baş konsulluğuna hücum: üç nəfər həbs edildi

Tarix:

22-04-2019, 18:35

/ 10 154 dəfə oxundu.
Türkiyənin Sürixdəki baş konsulluğuna hücum: üç nəfər həbs edildi

Türkiyənin İsveçrənin Sürix baş konsulluğuna naməlum şəxslər hücum edib. 

İnternethaber.com portalının məlumatına görə, hücum zamanı həmin şəxslər “Molotov kokteyli” atıblar. 

Polis hücumda şübhəli bilinən üç nəfəri həbs edib. 

Baş konsul Asiyə Nurcan İpəkçinin sözlərinə görə, hadisə yerli vaxtla 02:51-də (Bakı vaxtı ilə 04:51-də) baş verib. O bildirib ki, atılan iki şüşədən biri yanmayıb, digəri isə dəmir barmaqlıqlara dəyərək yerə düşüb, buna görə də konsulluq binasına zərər dəyməyib. 

Qeyd edək ki, bu, Türkiyənin Sürix baş konsulluğuna son iki il yarımda edilən altıncı hücumdur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ