SON DƏQİQƏ
» » Polis məsciddə qeyd tapdı: Zelandiya teraktı...

Polis məsciddə qeyd tapdı: Zelandiya teraktı...

Tarix:

25-03-2019, 17:40

/ 10 266 dəfə oxundu.
Polis məsciddə qeyd tapdı: Zelandiya teraktı...

Kaliforniya əyalətindəki məscidlərdən birində törədilmiş yanğının Yeni Zelandiyadakı məscid teraktı ilə əlaqəsi ola bilər.

GunAz.az xəbər verir ki, bu sözləri kaliforniyalı polis kapitanı Kris Lik deyib. O, yanğın baş verən məscidin avtoparkında Yeni Zelandiyanın Kraystçerç şəhərində baş verən teraktla əlaqəli qeyd tapıldığını bildirib.

Polis qeyddə nə yazıldığını açıqlamayıb.

Qeyd edək ki, Kaliforniya əyalətinin San Dieqo şəhərindəki məscidlərdən birində yanğın baş verib. Yanğın zamanı xəsarət alan olmasa da, hadisə anında məsciddə 7 nəfər olub. Yanğının qəsdən törədilə biləcəyini deyən Kaliforniya polisi hələlik heç kimdən şübhələnmədiklərini açıqlayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ