Generallar təcili SƏRHƏDDƏ TOPLAŞDI: Hücum əmri veriləcək?

Türkiyə Müdafiə Nazirliyinin başçısı Hulusi Akar, Baş qərahgah başçısı Yaşar Gülər və Quru Qoşunlarının komandiri Ümid Dündar Suriya ilə sərhəddə hərbi hissələrin komandirləriylə görüşüb.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, müdafiə naziri Suriyada anti-terror əməliyyatının anonsunu verib.

Akar qeyd edib ki, Ankara Türkiyənin cənubunda terrorçuların olmasına imkan verməyəcək.

“Suriyada Fəratın şərqində terrorçuların mövcudluğuna son qoymaq lazımdır. Terrorçular Türkiyəni, onun xalqını və sərhədlərini təhdid edirlər. Biz Türkiyə ilə 911 kilomert sərhədə malik ölkədə terror dəhlizini formalaşdırmağa imkan verməyəcəyik. Biz bunun üçün bütün lazım olanları etdik və gələcəkdə də etməyə davam edəcəyik”, - nazir deyib.

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]