SON DƏQİQƏ
» » Hökumət binasına hücum, nazir müavini öldürüldü

Hökumət binasına hücum, nazir müavini öldürüldü

Tarix:

23-03-2019, 19:27

/ 10 208 dəfə oxundu.
Hökumət binasına hücum, nazir müavini öldürüldü

Somalinin paytaxtı Moqadişoda hökumət binasına edilən hücum nəticəsində deputat, əmək və sosial məsələlər nazirinin müavini Sakar İbrahim Abdalla öldürülüb.

GunAz.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum radikal “Aş Şabab” qruplaşması tərəfindən həyata keçirilib. 

Qeyd edək ki, daha əvvəl radikal islam qruplaşması Moqadişoda iki avtomobilin partladılması və nazirliyin binasına hücuma görə məsuliyyəti öz üzərinə götürmüşdü. 

Başqa ölənlərin də olduğu deyilsə də, dəqiq say açıqlanmır. Hücum zamanı nazirliyin işçiləri binanı pəncərədən tərk etməli olublar. 

Somalidə yerləşən “Aş Şabab “ qruplaşması “Əl Qaidə” terror təşkilatı ilə sıx əlaqələrə sahibdir. 

скачать dle 12.1

Şərhlər