SON DƏQİQƏ
» » Aİ Qolan təpələrini İsrail torpaqları kimi tanımadı

Aİ Qolan təpələrini İsrail torpaqları kimi tanımadı

Tarix:

22-03-2019, 20:44

/ 10 231 dəfə oxundu.
Aİ Qolan təpələrini İsrail torpaqları kimi tanımadı

 Avropa İttifaqının sözcüsü Maya Kosiyanovçiç Qolan təpələrində İsrailin suverenliyini tanımayacaqlarını bildirib:

“Avropa İttifaqının mövqeyi dəyişməyib. Beynəlxalq hüquqa uyğun olaraq Qolan təpələri də daxil olmaqla İsrailin 1967-ci ildən bu yana işğal altında saxladığı bölgələrdə suverenliyini tanımırıq və oraları İsrail torpaqları hesab etmirik”.

Lenta.ru-nun xəbərinə görə, bu bəyanat ABŞ prezidenti Donald Trampın martın 21-də İsrailin işğalı altındakı Qolan təpələrində İsrailin mütləq hakimiyyətini tanımağın vaxtının çatdığını bildirməsindən sonra səslənib.

Rusiya XİN-in rəsmisi Mariya Zaxarova da Moskvanın İsrailin bu torpaqlarda suverenliyini tanımadığını bildirib.

Qeyd edək ki, 1944-cü ilə qədər Suriya torpaqları olan Qolan təpələri 1967-ci ildə 6 günlük müharibə nəticəsində İsrail tərəfindən işğal edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ