SON DƏQİQƏ
» » İraqdakı bərənin batma anları: Ölkədə matəm elan olundu - VİDEO

İraqdakı bərənin batma anları: Ölkədə matəm elan olundu - VİDEO

Tarix:

22-03-2019, 19:39

/ 10 267 dəfə oxundu.
İraqdakı bərənin batma anları: Ölkədə matəm elan olundu - VİDEO

İraqın Mosul şəhərində, Dəclə çayında dəhşətli fəlakət barəsində məlumat vermişdik.

İçərisində 200 nəfər olan bərə, insanların sayının həddən çox olması səbəbi ilə aşıb. Qəza nəticəsində əksəriyyəti qadın və uşaqlar olan  200 sərnişinin hamısı suda boğulmağa başlayıb. Həmin anlar nəzarət kameraları tərəfindən qeydə alınıb.

RenTV-nin məlumatına görə, qəza nəticəsində 96 nəfər həlak olub. Onlardan 19-nun uşaq olduğu bildirilir. 55 nəfəri xilas etmək mümkün olub.

 Faciə ilə əlaqədar İraqda bir günlük matəm elan edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ