Everestdə buzlaq əridi, itkin alpinistlərin meyitləri aşkarlandı

Qlobal istiləşmənin təsiri altında Everest dağında buzlaqların əriməsi nəticəsində həlak olmuş alpinistlərin meyitləri üzə çıxır.

Bu haqda BBC məlumat yayır.

Ötən əsrin 20-ci illərindən bəri Everest zirvəsini fəth etməyə çalışan 300-ə yaxın alpinist həlak olub.  “Ekstrim qurbanlarının” üçdə-iki hissəsinin ölüsü indiyə kimi tapılmayıb.

Habelə yaz mövsümünün başlanması ərəfəsində dağın Çin ərazisində 10 alpinistin don vurmuş meyitləri üzə çıxıb.

“Qlobal istiləşmə ilə əlaqədar, buzlaqlar sürətlə əriyir, uzun illər buz altında qalmış cəsədlər üzə çıxır. Hələlik son illər həlak olmuş alpinistlərin nəşlərini aşağı endirmişik, ancaq buzlağın altında çoxdan ölmüş alpinistlərin cəsədləri qalmaqdadır.", -deyə Nepal Ekspedisiya Əməliyyatçıları Asosassiyasının prezidenti Dambar Paraculi bildirib.

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]