SON DƏQİQƏ
» » Bu ölkədə imperator nəvəsi cərimələndi - Səbəb

Bu ölkədə imperator nəvəsi cərimələndi - Səbəb

Tarix:

20-03-2019, 21:16

/ 10 206 dəfə oxundu.
Bu ölkədə imperator nəvəsi cərimələndi - Səbəb

Avstriya-Macarıstan İmperiyasının sonuncu imperatoru Karl Habsburq-Lotringenin nəvəsi, ershersoq Karl Habsburq zadəgan titulundan istifadə etdiyinə görə Vyana İnzibati Məhkəməsi tərəfindən cərimələnib.

GunAz.az xəbər verir ki, şəxsi internet səhifəsində adını Karl fon Habsburq kimi qeyd etdiyinə görə, imperator nəvəsi Zadəgan titullarının ləğvinə dair 1919-cu il Qanununu pozmuş sayılıb. Həmin qanuna əsasən, Avstriya Respublikası vətəndaşlarına zadəgan titullarından istifadə qadağandır. Buraya zadəgan nəslinə aidliyi bildirən “fon“ mənsubiyyət kəlməsi da daxildir.

Avstriyanın, eləcə də Mərkəzi Avropanın tarixində mühüm rol oynamış və 650 il hakimiyyətdə olmuş Habsburq-Lotringen sülaləsinin nümayəndəsi Karl Habsburq ona məxsus www.karlvonhabsburg.at səhifəsində zadəgan titulundan istifadə edib. Avstriyadan idarə edilən saytda ölkə qanunvericiliyinin pozulmasını nəzərə alan Vyana Şəhər Magistratı Karl Habsburqa bu tituldan istifadəni qadağan etməklə yanaşı, onu 70 avro cərimə edib. Magistratın qərarına qarşı İnzibati Məhkəməyə şikayət verən K. Habsburq burada da uğur əldə edə bilməyib. Vyana İnzibati Məhkəməsi pul cəriməsini ləğv etsə də, tituldan istifadə qadağasını qüvvədə saxlayıb.

Karl Habsburq İnzibati Məhkəmənin qərarından sonuncu instansiya olan Ali Məhkəməyə şikayət verəcəyinə dair hələlik heç bir açıqlama verməyib.

Məsələyə münasibət bildirən ekspertlər məhkəmə çəkişməsinin Avstriya dövləti adına heç bir baş ucalığı gətirmədiyini qeyd ediblər və ölkə tarixində mühüm rol oynamış bir nəslin nümayəndəsinin öz titulundan istifadənin qadağan edilməsini absurd adlandırıblar. Qeyd edilməlidir ki, Avropada Birinci Dünya müharibəsindən sonra süqut edən monarxiyaların yerində qurulan respublikaların heç birində (Avstriya istisna olmaqla) zadəgan titulundan istifadə qadağan edilməyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ