SON DƏQİQƏ

Quql əməkdaşı rekord qırdı

Tarix:

15-03-2019, 23:09

/ 10 269 dəfə oxundu.
Quql əməkdaşı rekord qırdı

ABŞ-ın Quql şirkətinin əməkdaşı Pi ədədinin hesablanması üzrə dəqiqliyə görə rekorda imza atıb. Məlumat üçün bildirək ki, Pi ədədi dairənin uzunluğunun diametrə nisbətindən alınan rəqəmdir. Bu haqda “Cloud.quql.com” saytında məlumat verilib.

GunAz.az Azərtac-a istinadən xəbər verir ki, martın 14-də qeyd edilən "Pi günü"ndə yayılmış məlumata əsasən, internet nəhənginin əməkdaşı vergüldən sonra 31,4 trilyon ədədi dəqiqliklə hesablayıb. Beləliklə, bu rekord “Ginnesin rekordlar kitabı”na düşüb.

Həmçinin bildirilir ki, hesablamanın dəqiqliyi ilk dəfə məlumatların “bulud” texnologiyasında işlənməsinin köməyi ilə təmin edilib. Yeni rekord 2016-cı ildə təyin edilmiş göstəricini təxminən 9 trilyon işarə üstələyir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ