SON DƏQİQƏ
» » Şimali Koreyanın İspaniyadakı səfirliyində xeyli sayda silah aşkarlanıb

Şimali Koreyanın İspaniyadakı səfirliyində xeyli sayda silah aşkarlanıb

Tarix:

14-03-2019, 20:45

/ 10 269 dəfə oxundu.
Şimali Koreyanın İspaniyadakı səfirliyində xeyli sayda silah aşkarlanıb

Şimali Koreyanın İspaniyadakı səfirliyinə baxış zamanı polis xeyli sayda silah aşkarlayıb.

“Report” “El Mundo”ya istinadən xəbər verir ki, fevralın 22-də 10 nəfər naməlum şəxs səfirliyə gələrək 8 əməkdaşı bir neçə saat ərzində girov saxlayıb, sonra bir neçə kompüter və sənədləri götürərək binanı tərk ediblər.

Onlar Şimali Koreyaya məxsus iki diplomatik avtomobillə ərazidən uzaqlaşdıqdan sonra səfirlik binasına keçirilən baxış zamanı bir neçə tüfəng və qısalüləli silahlar aşkar edilərək götürülüb. Konkret sayı açıqlanmayan silahların ən azı bir qisminin hücum edənlər tərəfindən istifadə olunduğu ehtimal edilir.

Səfirliyə hücum edənlərin üzlərini gizlədərək əməkdaşların əl-qolunu bağlayıb onları döydükləri, daha çox Şimali Koreya dövlət başçısı Kim Çen Inla ABŞ Prezidenti Donald Tramp arasında Hanoy görüşünün hazırlanmasında yaxından iştirak etmiş Madriddəki keçmiş səfir Kim Hyol Chol haqqında məlumat almaq istədikləri də qeyd olunur.

İspaniyanın Daxili İşlər Nazirliyi bu hadisənin istintaqına, şübhəlilərin kimliyinə dair heç bir açıqlama vermir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ