SON DƏQİQƏ
» » Türkiyə şokda: ABŞ-dan PKK-ya 300 milyonluq yardım

Türkiyə şokda: ABŞ-dan PKK-ya 300 milyonluq yardım

Tarix:

12-03-2019, 22:44

/ 10 259 dəfə oxundu.
Türkiyə şokda: ABŞ-dan PKK-ya 300 milyonluq yardım

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) SDG adı ilə fəaliyyət göstərən YPG/PKK terror təşkilatına 300 milyon dollar yardım edib.

GunAz.az xəbər verir ki, bu pullar Suriyanın sərhədlərinin mühafizəsi adı altında terror təşkilatına göndərilib.

Qeyd edək ki, ABŞ Konqresi bu gün 2020-ci il üzrə büdcənin detallarını açıqlayıb. Donald Tramp Konqresdən Pentaqon üçün 718,3 milyard dollar vəsait tələb etmişdi.

718,3 milyard dolların 544,5 milyard dolları daxili idarəçiliyə, 173,8 milyard dolları isə müharibə fonduna yönləndiriləcək.

İŞİD-ə qarşı mübarizə məqsədilə İraq və Suriyadakı hərbi təlimlərə 1 milyard 45 milyon dollar ayrılıb.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ