SON DƏQİQƏ
» » Müsəlmanların borcu silindi – Bolqarıstan qarışdı

Müsəlmanların borcu silindi – Bolqarıstan qarışdı

Tarix:

12-03-2019, 17:58

/ 10 236 dəfə oxundu.
Müsəlmanların borcu silindi – Bolqarıstan qarışdı

Bolqarıstan parlamentinin bu ölkənin müsəlmanlarının baş müftiliyinin 4 milyon vergi borcunun silinməsi haqda qərar çıxarması ölkədə ciddi etirazla qarşılanıb.

Teleqraf.com xəbər verir ki, 1,5 milyon müsəlmanın yaşadığı Bolqarıstan parlamenti bu qərarı ötən həftənin cümə günü verib.

Dinlər haqqında qərara dəyişiklik edən parlament müsəlmanların baş müftiliyinin 8 milyon leva vergi borcunu silib.

Bu qərar GERB və üzvlərinin çoxunu türklərin təşkil etdiyi Haqq və Azadlıq Hərəkatının parlamentdəki üzvlərinin səsi ilə qəbul edilib. Bildirilir ki, qərarın qətiliyi üçün parlament onu bir daha səsverməyə çıxaracaq.

Ancaq Bolqar Sosialist Partiyası başda olmaqla müxalifət qurumları bu qərarı kəskin tənqid edirlər. Hətta müsəlmanlarla bağlı uyğun olmayan şüarlar da səsləndirilir.

Bolqarıstan Baş naziri Boyko Borisov Bolqar Ortodoks kilsəsi rəhbəri Neofit ilə müsəlmanların baş müftisi Mustafa Alış Hacını qəbul edib. Onlarla müzakirə aparan baş nazir müsəlmanlarla bağlı qərara etiraz edən müxalifətə bu şəkildə reaksiya verib.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ