SON DƏQİQƏ
» » Moskvada mənzildən “Mauqli” qız tapıldı - VİDEO

Moskvada mənzildən “Mauqli” qız tapıldı - VİDEO

Tarix:

11-03-2019, 08:48

/ 10 549 dəfə oxundu.
Moskvada mənzildən “Mauqli” qız tapıldı - VİDEO

Moskvanın mərkəzində yerləşən  yaşayış evlərindən birində “Mauqli” qız tapılıb.

Lenta.ru-nun xəbərinə görə, polisə daxil olan məlumat əsasında, bağlı qapılar arxasında kimsəsiz qalmış uşaq xilas edilərək reanimasiyaya yerləşdirilib.

Bildirilir ki, qızın 5 yaşı olmasına baxmayaraq o bütün sosial vərdişlərdən uzaqdır. Danışmağı, insanlarla ünsiyyət qurmağı, hətta sərbəst şəkildə tualetə getməyi bacarmır.

Uzun müddət sahibsiz yaşadığına görə, illər öncə boynuna taxılmış xaç medalyonlu boyunbağı da uşağın boyun dərisinə bitişmiş vəziyyətdədir.

Həkimlər onun nitq aparatının sağlam olduğunu, sadəcə insan görmədiyi üçün səslər çıxara bildiyini deyiblər. Kəskin anoreksiya xəstəliyindən əziyyət çəkən 5 yaşlı uşaqda hətta udma və çeynəmə qabiliyyəti belə inkişaf etməyib.

Valideynlərinin kim olması barədə məlumat verilməsə də, onlara qarşı Rusiya Cinayət Məcəlləsinin öldürməyə cəhd maddəsi üzrə cinayət işi açılıb.

скачать dle 12.1

Şərhlər