SON DƏQİQƏ
» » Ekspert: Rusiya-Belarus münasibətləri “ayı boğuşmasına” çevrilə bilər

Ekspert: Rusiya-Belarus münasibətləri “ayı boğuşmasına” çevrilə bilər

Tarix:

4-03-2019, 21:40

/ 10 280 dəfə oxundu.
Ekspert: Rusiya-Belarus münasibətləri “ayı boğuşmasına” çevrilə bilər

Rusiyalı ekspertlər son vaxtlar tez-tez Rusiya ilə Belarusun birləşməsi ideyasından dəm vurur. Ancaq Belarus prezidentinin son bəyanatları Belarusun Rusiya ilə “Krımın ilhaqı” şəklində birləşmək niyyətində olmadığını göstərir. Bundan başqa, qeyd etmək lazımdır ki, birləşmə prosesi və ümumiyyətlə, ittifaq dövləti haqqında sənədlər bir sıra aspektləri ehtiva edir və KİV nədənsə bu aspektləri işıqlandırmaqdan qaçır.

Ukraynalı politoloq Aleksey Poltorakov GunAz.az-a verdiyi müsahibədə indiki şəraitdə belə bir birləşmənin nə dərəcədə real olduğu və Ukraynanın belə potensial birləşməyə münasibəti barədə danışıb.

Son zamanlar Rusiya KİV-də Belarus və Rusiyanın birləşməsi haqqında çox danışırlar. Bu, nə dərəcədə realdır?

- Bu və ya digər formada “Belarus və Rusiyanın birləşməsi” məsələsi təzə xəbər deyil. Ona görə elə də aktual deyil. İstənilən başqa post-sovet məkanı dövləti, istənilən keçmiş SSRİ dövləti (Ermənistandan tutmuş Qazaxıstana kimi) ilə müqayisədə, məhz Belarus və Rusiyanı daha  ciddi geosiyasi və geoiqtisadi münasibətlər və layihələr birləşdirir.

Bu layihələr  hər şeydən əvvəl 1996-cı ildə bağlanmış Belarus və Rusiya Birliyinin yaradılması barədə müqavilə əsasında rəsmiləşib.

Belə ciddi bazaya malik olan Rusiya tez-tez (bəzən həvəssiz şəkildə) müvafiq “inteqrasiya kartını” işə salır. Bəzən bu Minskin xeyrinə, əksər hallarda isə onun “izafi” müstəqilliyinə qarşı olur.

- Belarus prezidenti Kremlin xoşuna gəlməyən bəyanatlarla çıxış edir. Ümumiyyətlə, bu iki ölkənin münasibətlərini necə qiymətləndirirsiniz?

- Zahiri “qlamur” və “polites”ə baxmayaraq, Minsk-Moskva münasibətlərinə klassik “strateji tərəfdaşlıq” terminini tövsif etmək çox çətindir. Ancaq ümumi götürdükdə Moskva və Minskin xarici siyasət və hərbi-siyasi məsələlərə (NATO və Avropa İttifaqı və s.) yanaşması az-çox strateji baxımdan, əsasən də, taktiki baxımdan uyğun gəlir.

Məsələn, BMT Baş Assambleyasının son sessiyası zamanı Üçüncü komitədə “Krım Muxtar Respublikasında və Ukraynanın Sevastopol şəhərində insan haqları ilə bağlı vəziyyət” adlı qətnamə layihəsi səsə qoyulub.

Qətnamənin əleyhinə səs vermiş azsaylı (26) ölkələr arasında, başda Rusiya olmaqla, Belarus da yer alıb. Bununla belə, Kreml Moskvanın birinci dərəcəli və ya prinsipial saymadığı məsələlərdə Belarusun sərbəstlik nümayiş etdirməsinə təmkinlə yanaşır.

Habelə, Minskin Moskva üçün problemli olan məsələlər və Moskvanın açıq-aşkar Minskə qarşı (Kremlin “qardaş belarus xalqı ilə dostluq və tərəfdaşlığa sadiq qaldığını and-aman etməsi fonunda) apardığı “ticarət müharibələri” barədə xəfif tənqidi bəyanatlarını prinsipial olaraq təhlil etmək lazımdır.

- Ötən ay Belarus prezidenti ABŞ nümayəndələri ilə telefonla danışıb. O, eyni zamanda, Vaşinqtonun diplomatik nümayəndələrinə qarşı Minskin tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırıb. Lukaşenkonun bundan sonra balanslaşdırılmış siyasət yürüdəcəyini demək olar?

- Ərazi və əhali baxımından kiçik olan, geoiqtisadi qüdrətə iddialı olmayan, güclü və təkəbbürlü qonşusunun kölgəsində yerləşən istənilən dövlət kimi, Belarus da obyektiv olaraq kifayət qədər ehtiyatlı və kifayət qədər balanslaşdırılmış siyasət yürütmək məcburiyyətindədir. O, qəliz situasiyalarda hər şeydən əvvəl potensial vasitəçi və araçı statusunda çıxış etməyə məcburdur.

“Minsk prosesi” bunun öhdəsindən kifayət qədər yaxşı gəlir.  Minsk  tədricən aparıcı tərəflərin “etibar kreditlərini” toplayır və vaxtaşırı bu “kreditləri” siyasi-diplomatik aktivliyə konvertasiya edir.

Özünüz də görürsünüz ki, məhz sözügedən “etibar kreditləri” sayəsində bu gün Lukaşenkonun nisbətən kiçik son təşəbbüsləri işə yarayır. Habelə A.Lukaşenkonun ABŞ-ın Polşada hərbi baza açacağı təqdirdə - Belarus ərazisində Rusiyanın daha bir hərbi bazasının yaradılacağı haqda ehtiyatlı eyhamına (“...biz cavab tədbiri kimi nə isə yerləşdirməli olacağıq”, 2018) səthi yanaşmaq olmaz.  

- Ukrayna Rusiya ilə Belarus arasındakı münasibətləri necə qiymətləndirir?

- Ukraynanın xarici siyasət üzrə 2018-ci il yekunlarının “Ukrayna prizması” tərəfindən aparılan ekspert təhlilinin nəticələri Ukraynaya daha çox düşməncə münasibət bəsləyən ölkələr arasında Rusiya (birinci yerdə) ilə yanaşı, Belarusun da yer aldığını və müvafiq olaraq Macarıstan və Serbiyadan sonra dördüncü yerdə qərarlaşdığını göstərir.

Görünən odur ki, bu, ukraynalıların Belarus-Rusiya münasibətləri ilə bağlı ümumi rəyinin açıq-aydın indikatorudur. Bizim iki ölkə arasında ikitərəfli xarakterli (ticarət, dil və s.) real ciddi ziddiyyətlər yoxdur.

Ancaq həm dövlət, həm də ictimai səviyyələrdə, Ukrayna diplomatiyasının təsiri altında Belarus Rusiyanın ilk növbədə “Rus dünyası” ideyası altında gizlənən riskləri və təhdidləri daha ciddi anlamağa və qəbul etməyə başlayıb.

“Qardaş qucaqlaşmaları” ən qeyri-münasib bir anda əsl “ayı boğuşmasına” çevrilə, Belarus dövlətçiliyi üçün bir sıra ağır geostrateji fəsadlara yol aça bilər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ