SON DƏQİQƏ

Vardan Oskanyan dindirildi

Tarix:

28-02-2019, 21:12

/ 10 222 dəfə oxundu.
Vardan Oskanyan dindirildi

1998-2008-ci illərdə Ermənistanın xarici işlər naziri olmuş Vardan Oskanyan 2008-ci il martın 1-i hadisələri çərçivəsində ifadə verib.

Sputnik-Ermənistan xəbər verir ki, Ermənistan Xüsusi İstintaq Xidməti bu məsələni şərh etməkdən boyun qaçırıb.

Bildirilib ki, martın 1-i hadisəsi çərçivəsində artıq keçmiş prezidentlər Levon Ter-Petrosyan və Serj Sarqsyan artıq ifadə veriblər.

 2008-ci ilin martında baş verənlərə görə əsas məsuliyyət Serj Sarkisyanın üzərinə düşür. Çünki həmin vaxt məhz o, güc strukturlarının İrəvana yeridilməsində birbaşa səlahiyyətə sahib olub. Dövlət terrorunu rəhbər şəxslər əllərində olan bütün resurslardan istifadə edərək törədiblər.

Xatırladaq ki, 2008-ci il martın 1-də İrəvanda baş verən qanlı iğtişaşlarda 10 nəfər dinc sakin öldürülüb, 200-ü müxtəlif dərəcəli xəsarət alıb, daha 100 nəfər isə həbs edilib. 1 mart hadisələrinin öyrənilməsi və faktların toplanması üzrə qrup hələ də hadisələrdə əli olanları üzə çıxarmayıb

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ