SON DƏQİQƏ

Pakistan əsir pilotu sabah Hindistana verəcək

Tarix:

28-02-2019, 16:32

/ 10 265 dəfə oxundu.
Pakistan əsir pilotu sabah Hindistana verəcək

Pakistan əsir götürdüyü iki pilotdan birini martın 1-də Hindistana təhvil verəcək. GunAz.az-ın “GEO TV”yə istinadən xəbərinə görə, bu barədə Pakistan baş naziri İmran Xan bildirib. 

 

Onun sözlərinə görə, pilotun sərbəst buraxılması sülh məqsədilə atılmış jestdir.

Qeyd edək ki, Pakistan fevralın 27-də Kəşmir üzərindən uçan Hindistanın “Mirage-2000” və “MiQ-21” tipli iki hərbi təyyarəsini vurub. İki pilot əsir götürülüb, onlardan biri ağır vəziyyətdədir. Hindistan Hərbi-Hava qüvvələri isə hava sahəsini pozan Pakistana məxsus “F-16” qırıcı təyyarəsini vurub. 

 

Xatırladaq ki, iki ölkə arasında  gərginlik bu il fevralın 14-də mübahisəli Kəşmir bölgəsinin Hindistanın nəzarətində olan hissəsində - Cammu Kəşmirdə hərbçiləri daşıyan maşın karvanına edilən terror hücumundan sonra artıb. Terrakt nəticəsində 45 nəfər ölüb. Hücuma məsuliyyəti Pakistanda yerləşən və Məsud Azharın rəhbərlik etdiyi  “Caiş-e-Muhammad” adlı təşkilat öz üzərinə götürüb. Bundan sonra Hindistan Pakistanı terror qruplaşmasını dəstəkləməkdə təqsirləndirib. Rəsmi İslamabad isə ittihamları qəbul etməyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ