SON DƏQİQƏ
» » Xakasiyanın rəhbərinin hərbi xidmətdən yayındığı üzə çıxdı

Xakasiyanın rəhbərinin hərbi xidmətdən yayındığı üzə çıxdı

Tarix:

28-02-2019, 14:11

/ 10 208 dəfə oxundu.
Xakasiyanın rəhbərinin hərbi xidmətdən yayındığı üzə çıxdı

Rusiyanın Xakasiya Respublikasının rəhbəri Valentin Konovalovun 27 yaşında ikən Krasnoyarsk ərazisində Minusink şəhər hərbi komissarlığından gizləndiyi ortaya çıxıb.

GunAz.az xəbər verir ki, komissarlıq 31 yaşlı Konovalovu 2014-cü ildə tapa bilməyib, onun çağırışdan yayındığı bildirilir. Bu barədə “Televedenie Abakan” Minusinsk şəhər hərbi komissarlığının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Xakasiya başçısının mətbuat və informasiya şöbəsinin müdiri Yelena Perestoronina “TASS “ agentliyinə açıqlamasında bu informasiyanın əsassız olduğunu bəyan edib.

“REN TV” isə V. Konovalovun 2014-cü ildən əsgərlikdən yayındığı ilə bağlı sənədləri əldə edib. 

Krasnoyarsk ərazisinin hərbi komissarı A. Lısenko rəsmi sorğuya cavab mətnində Konovalovun hələ də komissarlığa müraciət etmədiyini bildirib. 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ