SON DƏQİQƏ

Rusiyadan Pakistan və Hindistana çağırış

Tarix:

28-02-2019, 09:21

/ 10 243 dəfə oxundu.
Rusiyadan Pakistan və Hindistana çağırış

Rusiya Pakistanla Hindistan arasında yaşanan gərginliklə bağlı açıqlama yayıb.

GunAz.az TRT-yə istinadən xəbər verir ki, Kremlin sözcüsü Dimitri Peskov Rusiyanın gərginliyə görə dərin narahat olduğunu bildirib və tərəfləri təmkinli olmağa çağırdı. 

 

O, regiondakı prosesləri yaxından izlədiklərini deyib.

Qeyd edək ki, Hindistan ilə Pakistan arasındakı gərginlik iki həftə əvvəl artmağa başlayıb. Hindistanda fevralın 14-də paramilis dəstəyini hədəf alan bombalı hücumda 45 əsgər həlak olub, 20 əsgər yaralanıb. Yeni Dehli rəhbərliyi hücumla bağlı Pakistanı günahlandırıb. Hücumu qınayan Pakistan isə ittihamları rədd edib. 

 

Hindistan daha sonra fevralın 26-da Kəşmir Nəzarət Xəttinin Pakistan tərəfindəki “Ceyş-i Məhəmməd” təşkilatına məxsus düşərgəyə hava hücumu təşkil edib.

Pakistan buna cavab olaraq dünən səhər saatlarında hava məkanını pozduqlarını səbəb göstərərək Hindistana məxsus iki qırıcını vurub. Bunun ardınca isə Hindistan Pakistanın təyyarəsini vurub. 

 

Hazırda yaşanan hadisələrə görə Pakistan hava limanlarını bağlayıb, uçuşlar ləğv edilib. 

 

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ