SON DƏQİQƏ
» » Ukrayna təmsilçilərin rədd cavablarına görə, "Avroviziya"dan imtina etdi

Ukrayna təmsilçilərin rədd cavablarına görə, "Avroviziya"dan imtina etdi

Tarix:

27-02-2019, 22:07

/ 10 259 dəfə oxundu.
Ukrayna təmsilçilərin rədd cavablarına görə, "Avroviziya"dan imtina etdi

Xəbər verdiyimiz kimi,  “Avroviziya-2019” beynəlxalq mahnı yarışmasında Ukraynanı təmsil etmək üçün seçilən iştirakçıların çoxu rədd cavabı verərək, müsabiqədə iştirak etməkdən imtina ediblər. 

Ukrayna milli seçim turlarının üçüncüsü “KAZKA” qrupu da “Eurovision”a getmək istəmədiyini açıqlayıb. 

GunAz.az xəbər verir ki, qrup üzvləri mətbuata açıqlamasında ictimai kanalın (STV) müsabiqədə iştirak təklifinə “yox” söyləyəcəklərini bildiriblər.

“Yarışmada iştirak etmək üçün milli seçim turlarına qatıldıq, amma seçilən biz olmadıq. Gələn il “Avroviziya”ya gedə bilərik. O da seçilsək... Ukrayna ictimai televiziyasına tək bir cavabımız var: Biz bu il “Avroviziya”ya getməyəcəyik”.

Bu məlumatdan sonra, milli seçim turlarında 4-cü yeri tutan “Brunnetes Shoot Blondes” qrupunun təmsil edə biləcəyi haqda məlumatlar yayılıb. Lakin, sözügedən qrup da Ukraynanı “Avroviziya-2019”da təmsil etməkdən imtina edib.

“Əvvəlcədən bildirmək istəyirik ki, “Avroviziya-2019” da iştirak etməyimizlə bağlı təklif gələrsə, rədd edəcəyik. Çünki, biz milli seçimləri qazanmamışıq və bu səfər bizim deyil”.  

Təmsilçilərlə bağlı uğursuzluğa düçar olduğuna görən Ukrayna “Avroviziya-2019” mahnı müsabiqəsində iştirak etməkdən imtina etmək qərarına gəlib

Bu barədə ölkənin Milli Teleradio şirkəti rəsmi məlumat yayıb:

“İctimai Yayım Şurası milli seçim turundan olmayan istənilən ifaçını seçə bilərdi. Lakin bu alternativdən imtina edildi, çünki tamaşaçıların milli seçimlərdəki qərarlarına hörmətlə yanaşılır”. 

скачать dle 12.1

Şərhlər