SON DƏQİQƏ

Növbəti təlimlər Londonda baş tutdu

Tarix:

27-02-2019, 13:35

/ 10 492 dəfə oxundu.
Növbəti təlimlər Londonda baş tutdu

 

         Bakı Biznes Universitetinin koordinatorluğu ilə Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı Erasmus + layihəsinin növbəti təlimləri bu günlərdə Londonda baş tutmuşdur.

Təlimlərdə İngiltərənin Middlesex, İsveçin Kral Texnologiya, İspaniyanın Alicante, Litvanın SMK Tətbiqi Elmlər Universitetlərinin ekspertləri və  Azərbaycanın 11 ali təhsil müəssisələrindən 48 nümayəndə heyəti iştirak etmişdir. Təlimlərin məqsədi ali təhsildə keyfiyyət təminatının əsas məsələlərinin dərindən təhlili, ümumi və peşəkar bacarıqların, maraqlı tərəflərin  müəyyənləşdirilməsi, onların qərarvermə prosesinə cəlb edilməsi yollarının öyrənilməsi, tədris  nəticələrinin öyrətmə ,öyrənmə və qiymətləndirmə metodları ilə əlaqələndirilməsindən ibarət olmuşdur. Bakı Biznes Universiteti tərəfindən həyata keçirilən layihənin təlimləri uğurla başa çatdırılmış və sonda layihə iştirakçıları sertifikatlarla təltif olunmuşdur.

скачать dle 12.1

Şərhlər