SON DƏQİQƏ
» » “Ermənilər ölkələrindəki çətinlik səbəbindən Türkiyəyə gəliblər” - Ərdoğan

“Ermənilər ölkələrindəki çətinlik səbəbindən Türkiyəyə gəliblər” - Ərdoğan

Tarix:

20-02-2019, 17:10

/ 10 200 dəfə oxundu.
“Ermənilər ölkələrindəki çətinlik səbəbindən Türkiyəyə gəliblər” - Ərdoğan

Onlardan 40 mini Türkiyə vətəndaşıdır. Digərləri isə vətəndaş deyil, ancaq Türkiyə onları geri qaytarmır.

Bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən VI Budapeşt Prosesi Nazirlər Konfransında deyib.

Onun sözlərinə görə, bu ermənilər ölkələrindəki çətinlik səbəbindən Türkiyəyə gəliblər.

"Bəzi Qərb ölkələri qondarma "erməni soyqırımı" adı altında təbliğat yayırlar. Biz deyirik ki, bu, tarixçilərin işidir. Bu millət tarixi boyu heç vaxt heç bir etnik ünsürə qarşı soyqırımı törətməyib", - Ərdoğan bildirib.

O əlavə edib ki, 2011-ci ildən Suriyada davam edən daxili müharibə səbəbindən 3,6 milyon suriyalı Türkiyəyə sığınıb.

"Bəziləri çıxıb özlərinin bir nömrə olduğunu bildirirlər. Xeyr, siz bir nömrə deyilsiniz. OECD təşkilatının yaydığı rəqəmlərə görə, dünyanın bir nömrəsi Türkiyədir", - Türkiyə prezidenti əlavə edib.(oxu.az)

скачать dle 12.1

Şərhlər