SON DƏQİQƏ

ABŞ Rusiyanı ŞOKA SALACAQ açıqlama

Tarix:

20-02-2019, 12:14

/ 10 147 dəfə oxundu.
ABŞ Rusiyanı ŞOKA SALACAQ  açıqlama

ABŞ Rusiya iqtisadiyyatını şoka salacaq sanksiyalar tətbiq edə bilər.

GunAz.az xəbər verir ki, bunu rusiyalı iqtisadçı Aleksey Kudrin deyib.

Paytaxt Moskvada jurnalistlərə açıqlama verən iqtisadçı hazırda Rusiya iqtisadiyyatının ABŞ-ın sanksiyalarına uyğunlaşdığını dilə gətirib:

“Lakin gələ biləcək yeni sanksiyalar Rusiya iqtisadiyyatında şok effekti yaradacaq və yeni adaptasiyalara məcbur edəcək. Ötən il Rusiya şirkətlərinə qarşı tətbiq edilən sanksiyalar yalnız bazara deyil, sərmayəçilərə də təsir göstərdi. Bu, şokedici təsir deyildi, amma sanksiyalar və iqtisadi inkişaf baxımından kifayət qədər yaxşı deyilik. İnkişaf faizlərini artırmaq üçün müəyyən etdiyimiz hədəflərə çatmaq çətinləşir”.

Qeyd edək ki, ABŞ Senatına ötən həftə Rusiyanın banklarını, enerji sektorunu və dövlət borclarını hədəf alan yeni sanksiyalarla bağlı qanun layihəsi təqdim edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ