SON DƏQİQƏ

“Skype”ın işində problem yarandı

Tarix:

20-02-2019, 11:23

/ 10 202 dəfə oxundu.
“Skype”ın işində problem yarandı

Bir sıra ölkələrdə "Skype" messencerinin fəaliyyətində nasazlıqlar yaranıb. Bu barədə populyar internet saytlarının işini izləyən "Downdetector" resursunun məlumatında deyilir.

GunAz.az xəbər verir ki, "Skype"ın işində problemlər ABŞ vaxtı ilə saat 20:30-dan (Bakı vaxtı ilə saat 03:30) müşahidə edilməyə başlayıb. İstifadəçilər servisə qoşulmaq, mətnli bildirişlərin ünvanına çatdırılması imkanının olmamasından şikayət edirlər. Bundan başqa, səsli bildirişlərin göndərilməsində də problemlər qeydə alınıb.  

Daha ciddi nasazlıqlar Yaponiya, Böyük Britaniya və ABŞ-da müşahidə olunub, eyni zamanda digər ölkələrdə də servisin fəaliyyətində problemlər yaranıb.

скачать dle 12.1

Şərhlər