SON DƏQİQƏ

16 ştat Trampı məhkəməyə verdi

Tarix:

19-02-2019, 10:02

/ 10 191 dəfə oxundu.
16 ştat Trampı məhkəməyə verdi

ABŞ-ın 16 ştatının rəhbərliyindən ibarət koalisiya (başda Kaliforniya ştatı olmaqla - red.) Meksika divarının maliyyələşməsi məqsədilə ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edən prezident Donald Trampı məhkəməyə verib.

Bu barədə BBC məlumat yayıb.

Kollektiv şikayət ərizəsi Kaliforniya ştatının Northern District məhkəməsinə təqdim olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl Ağ Ev rəhbəri hələ prezident seçilməzdən əvvəl vəd etdiyi Meksika divarının inşası üçün ona əngəl olan Konqresin öhdəsindən gəlmək məqsədilə Birləşmiş Ştatlar ərazisində fövqəladə vəziyyət elan edib.

Trampın bu addımla səlahiyyətlərini aşdığını iddia edən demokratlar hər vəchlə onun ləğvinə nail olmağa çalışacaqlarını bildirib.

Kaliforniyanın baş prokuroru Xavyer Bekkera prezidentin vəzifəsindən sui-istifadə etməsinə əngəl olmaq üçün Trampı məhkəməyə verdiklərini açıqlayıb.

“Vergi ödəyicilərindən yığılmış və Konqresin qanuni şəkildə ştatların əhalisi üçün ayırdığı  vəsaitdən özbaşına istifadəsini dayandırmaq üçün prezident Trampı məhkəməyə veririk”, - deyə Bekkera bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ