SON DƏQİQƏ
» » İranın daxili işlər naziri:"Amerika regionda əmin-amansızlığı genişləndirmək niyyətindədir"

İranın daxili işlər naziri:"Amerika regionda əmin-amansızlığı genişləndirmək niyyətindədir"

Tarix:

14-02-2019, 19:12

/ 10 226 dəfə oxundu.
İranın daxili işlər naziri:"Amerika regionda əmin-amansızlığı genişləndirmək niyyətindədir"

İranın daxili işlər naziri deyib: "Amerikanın dövlət başçıları sionist rejimlə yanaşı, regionda əmin-amansızlığı və ixtilafsalmanı genişləndirmək niyyətindədirlər".

GunAz.az bildirir ki, İranın daxili işlər naziri Əbdorreza Rəhmani Fəzli İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın qüvvələrindən bir qrupunun İranın cənub-şərqində yerləşən Xaş-Zahidan şose yolunda törədilmiş terror hücumunda şəhid olması münasibəti ilə əlavə edib ki: "İrandakı terror hücumunun Yaxın Şərq hadisələrinin araşdırılması barədəki Varşava iclası ilə üst-üstə düşməsi göstərdi ki, Amerikanın dövlət başçılarının insan haqlarına və beynəlxalq qanunlara heç bir etiqad və icbarilikləri yoxdur".

İranın daxili işlər naziri deyib: "İranda terror hadisəsi İranın qeyrətli xalqının İslam İnqilabının qələbəsinin qırxıncı ildönümündəki əzəmətli iştirak qəhrəmanlığına əsəbi və qorxaqcasına bir reaksiya idi". 

Safura 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ