SON DƏQİQƏ

Ermənistan-Gürcüstan dəmir yolu bağlanıb

Tarix:

14-02-2019, 10:14

/ 10 253 dəfə oxundu.
Ermənistan-Gürcüstan dəmir yolu bağlanıb

Ermənistanın Alaverdi rayonundakı misəritmə zavodunun əməkdaşları  Ermənistan-Gürcüstan dəmiryolunu bağlayıblar.

GunAz.az xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.

Bildirilib ki, aksiya iştirakçıları zavodun gələcək fəaliyyətinə aydınlıq gətirilməsini tələb ediblər.

Onlar Baş nazir Nikol Paşinyan (yaxud bu sahəyə məsul olan Baş nazirin müavini) və “Valleks” şirkətinin rəhbəri Valeri Meclumyanın, həmçinin zavodun keçmiş sahibi, VTB-nin (Ümumrusiya Ticarət Bankı) Yerevandakı filialının nümayəndəsinin iştirakı ilə üçtərəfli danışıqların keçirilməsini tələb ediblər.

Məlumata görə, Alaverdi misəritmə zavodu 2018-ci il oktyabrın 19-da fəaliyətini dayandırıb.

“Valleks” və VTB hadisəyə münasibət bildirməyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ