SON DƏQİQƏ

ABŞ-dan Ermənistana SƏRT REAKSİYA

Tarix:

13-02-2019, 15:11

/ 10 201 dəfə oxundu.
ABŞ-dan Ermənistana SƏRT REAKSİYA

“Biz Ermənistanla Rusiyanın Suriyada birgə həyata keçirdiyi əməkdaşlıq missiyasını dəstəkləmirik”.

GunAz.az xəbər verir ki, bunu “Aysor”un sorğusuna cavab olaraq ABŞ Dövlət Departamentindən bildiriblər.

Dövlət Departamenti Birləşmiş Ştatların Yerevandakı səfirliyi vasitəsilə Ermənistanın Suriyaya humanitar yardım göndərməsi məsələsinə münasibət bildirib.

Qeyd olunub ki, ABŞ Yaxın Şərqdə dini azlıqların müdafiəsi ilə bağlı narahatlığı anlayışla qarşılayır: “Ancaq humanitar yardımın mülki və ya hərbi xarakterindən asılı olmayaraq, biz Suriya Silahlı Qüvvələri ilə istənilən əməkdaşlığı dəstəkləmirik. Biz bu istiqamətdə Rusiya ilə Ermənistan arasındakı əməkdaşlığı da dəstəkləmirik. Rusiya dinc sakinləri qətlə yetirən, bununla da humanitar faciənin yaranmasına səbəb olan Bəşar Əsəd rejimi ilə əməkdaşlıq edir. Rusiya geniş miqyasda Əsəd rejimini və onun zülmünü müdafiə edir”.

Qeyd edək ki, fevralın 8-də Ermənistan 83 nəfərlik heyətlə Suriyaya humanitar yardım göndərib. (Report)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ