SON DƏQİQƏ
» » Zərif: Sionist rejim region və dünya üçün problemdir

Zərif: Sionist rejim region və dünya üçün problemdir

Tarix:

13-02-2019, 09:19

/ 10 227 dəfə oxundu.
Zərif: Sionist rejim region və dünya üçün problemdir

İran İslam Respublikasının xarici işlər naziri Qərbi Asiya və Dünyanın başlıca problemini sionist rejimin işğalçılığı və təcavüzkarlıqları adlandırıb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bazar ertəsi günü Livanın xarici işlər naziri Ceyran Basil ilə birgə mətbuat konfransında belə deyib: "Başqalarının süni təhdidlər yaratmaqla Fələstin məsələsinin unudulmasına nail olmasına icazə verilməməlidir".

Zərif həmçinin, Suriya böhranına işarə edərək, deyib: "Suriyada həll yolu bu ölkə xalqı tərəfindən müəyyən edilməlidir və Suriya dövlətinin icazəsi olmadan bu ölkəyə daxil olan bütün xarici qüvvələr bu ölkəni tərk etməlidirlər".

İranın xarici işlər naziri istənilən həll yolunun Suriyanın ərazi bütövlüyünü təmin etməli olduğunu vurğulayaraq, dedi: "Suriyalı didərginlərin ən qısa zaman ərzində və təhlükəsiz formada öz evlərinə qayıtmaları Suriyada təhlükəsizlik və sabitliyə zəmanət verəcək metodlardan biridir".

Zərif həmçinin Livan hökumətinin anti-İran Varşava iclasına dair mövqeyini alqışlayıb və Tehranın müxtəlif sahələr üzrə Beyrut ilə əməkdaşlığa hazır olduğunu bildirib.

İranın xarici işlər naziri həmçinin deyib: "İran və Livan arasındakı əməkdaşlıqlar heç bir ölkənin əleyhinə deyil, əksinə hamının mənafeyinədir".

Livanın xarici işlər naziri Ceyran Basil də Livanın anti-İran Varşava iclasında iştirak etməyəcəyini vurğulayıb.

Məhəmməd Cavad Zərif bazar günü iki günlük rəsmi səfər məqsədi ilə Livana daxil olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ