SON DƏQİQƏ
» » İran - Türkiyə sərhədləri hər gün 450 yük maşını qəbul edəcək

İran - Türkiyə sərhədləri hər gün 450 yük maşını qəbul edəcək

Tarix:

13-02-2019, 08:33

/ 10 347 dəfə oxundu.
İran - Türkiyə sərhədləri hər gün 450 yük maşını qəbul edəcək

İran və Türkiyə arasındakı Bazərqan-Gurbulaq gömrük məntəqəsi hər gün ən azı 450 yük maşını qəbul etmək qərarına gəlib.

GunAz.az bildirir ki, İRNA-nın məlumatına görə, İranın Bazərqan gömrük məntəqəsinin rəisi Sadiq Namdar çərşənbə axşamı Türkiyənin gömrük rəsmiləri ilə Urmiyədə əldə olunan anlaşmanın ardınca deyib: Bu anlaşma İran və Türkiyənin sərhəd gömrük məntəqəsində yük maşınlarının uzun sıralar təşkil etməsini önləmək üçündür.

Türkiyənin Doğubeyazit şəhərinin icra başçısı Zəfər Əngin də bu görüşdə yük maşınlarının gömrük məntəqəsindən keçməsinin sadələşdirilməsinə təkid edib.

İclasın sonunda 5 bənddən ibarət bir anlaşma sənədi imzalanıb. Novruz günlərində sərhəd keçid məntəqəsindən gediş-gəlişin asanlaşdırılması, sərnişin maşınlarının gediş-gəlişinin sadələşdirilməsi və digər məsələlər bu anlaşmada öz əksini tapıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ