SON DƏQİQƏ

NATO-dan Rusiya ilə bağlı vacib bəyanat

Tarix:

12-02-2019, 23:37

/ 10 262 dəfə oxundu.
NATO-dan Rusiya ilə bağlı vacib bəyanat

Rusiya ilə münasibətlərin korlanmasına imkan verilməməlidir. Bu, vacib və təxirəsalınmaz məsələdir.

VG nəşrinin məlumatına görə, bunu Brüsseldə NATO baş katibi Yens Stoltenberq Rusiya xarici işlər naziri Sergey Lavrovla görüş öncəsi bəyan edib.

Qeyd edək ki, Stoltenberqin Lavrovla görüşü yaxın günlərdə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutacaq.

Stoltenberq qeyd edib ki, Rusiya ilə konstruktiv dialoq qurmaq asan olmayacaq.

“Bunun üçün vaxt tələb oluna bilər. Lakin bunu hətta “soyuq müharibə” dönəmində etmək mümkün olub. İllər ərzində əməkdaşlığımız daha uğurlu olub. Ona görə də təslim olmamalıyıq. Biz Rusiya ilə mövcud mürəkkəb münasibətlərlə bacarmalıyıq və onların nəzarətdən çıxmamasına çalışmalıyıq”, - deyə o vurğulayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ