SON DƏQİQƏ
» » Kiyev qarışdı: Polis idarəsinə hücum - Yaralılar var

Kiyev qarışdı: Polis idarəsinə hücum - Yaralılar var

Tarix:

11-02-2019, 14:00

/ 10 221 dəfə oxundu.
Kiyev qarışdı: Polis idarəsinə hücum - Yaralılar var

Bir qrup radikal millətçi Kiyevdə polis idarəsinə hücum edib, qarşıdurma zamanı 10 nəfər yaralanıb, 24 nəfər həbs edilib.

Teleqraf.com xəbər verir ki, Ukraynada martın 31-də keçiriləcək seçkilərdə əsas namizədlərdən olan Yulikya Timoşenkonun ötən həftənin sonunda Kiyevdə keçirdiyi mitinqdən öncə 30 nəfər həbs olunub.

Kiyev polisi elan edib ki, saxlanılan şəxslərin üzərindən bıçaq, bibər qazı və müxtəlif rəngli boyalar aşkarlanıb.

Polis idarəsinə aparılanlar araşdırmadan sonra sərbəst buraxılarkən digər bir qrup idarəyə hücum çəkib. Polisin müsadirə etdiyi bıçaq və digər əşyaları geri almaq istəyən radikal millətçilər binanın içinə daxil olublar.

Qarşıdurma zamanı 3 polisi olmaqla 10 nəfər yaralanıb.

Ukrayna cəmiyyəti polisin aşırı güc tətbiq etməsini pisləyib. Baş prokuror Yuri Lutsenko bəyan edib ki, yerə uzadılan şübhəlinin polis tərəfindən vurulmasına dair araşdırma başlanılıb və həmin polisin kimliyi müəyyən edilir.

скачать dle 12.1

Şərhlər