SON DƏQİQƏ
» » İrandan 1.7 milyon məxfi sənəd sızdırılıb –40 il ərzində hakim rejim 860 jurnalisiti həbs edibmiş

İrandan 1.7 milyon məxfi sənəd sızdırılıb –40 il ərzində hakim rejim 860 jurnalisiti həbs edibmiş

Tarix:

7-02-2019, 20:36

/ 10 205 dəfə oxundu.
İrandan 1.7 milyon məxfi sənəd sızdırılıb –40 il ərzində hakim rejim 860 jurnalisiti həbs edibmiş

İranda 1979-cu il islam inqilabından sonrakı 30 il ərzində 860 jurnalist həbs olunub. Bunu fevralın 7-də Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) bildirib. Qurum bunu sızdırılmış fayllardan öyrəndiyini deyir.

RSF İran İslam İnqilabının 40-cı ildönümündə yaymaqdan ötrü mənbələrinin 1979-2009-cu illəri əhatələyən məlumatları sızdırdığını vurğulayır. Faylda 1,7 milyon məhkəmə sənədi var. Adamların ixtisasları göstərilməsə də, RSF bildirir ki, tədqiqatçıları bir neçə ay ərzində 860 jurnalistin, yaxud vətəndaş jurnalistinin adlarını dəqiqləşdirə bilib. Onlardan azı dördü edam olunub.

Bu faylın mövcudluğu təkcə İran rejiminin illərdir siyasi məhbuslarının, yaxud məhbus jurnalistlərinin olmamasına dair iddialarının saxtalığını üzə çıxarmır. Həmçinin 40 il ərzində fikirlərinə, yaxud xəbər işinə görə kişilərə və qadınlara qarşı əl atdığı amansız fitnə-fəsadı ortaya qoyur”, – RSF-in Baş katibi Kristofer Deloire bəyanatında deyib.

O, tapıntıların BMT-nin İnsan haqları üzrə komissarı Mixael Baçeletyə təqdim olunacağını sözlərinə əlavə edib.

Sənədlərdə adı olanlar içində tanınmış jurnalist, siyasi jurnal redaktoru Farj Sarkhohi də var. Tehran onun 1996-cı ildə Almaniyaya gedərkən itkin düşdüyünü bildirib. “Rejim aeroportda mətbuat konfransı keçirərək Sarkhohinin təzəcə Türkmənistandan qayıtdığını bildirib. Amma əslində, o, iki ayını həbsxanada keçiribmiş”, – hesabatda vurğulanır.

İran əsilli kanadalı fotoqraf Zəhra Kazeminin isə 2003-cü ildə Tehranın Evin həbsxanasında döyülərək öldürüldüyü bildirilir. O, həbsxana qarşısında gözləyən ailələrin fotolarını çəkirmiş. İran jurnalistin öldürüldüyünü inkar edirdi, onun ölümünə dair rəsmi məlumatda isə ölüm səbəbi açıqlanmırdı.

Hesabatda deyilir ki, 2009-cu ildə Mahmud Əhmədinejatın təkrar seçilməsinə etiraz edən 6 mindən çox adam saxlanıb. Onlar milli təhlükəsizliyə qarşı fəaliyyətdə ittiham olunublar.

Fayllarda 2003-cü ildə Nobel Sülh Mükafatına layiq görülmüş hüquqşünas Şirin İbadinin də adı var. O, hazırda mühacirətdə yaşayır. 1979-cu il inqilabından sonra onun və digər qadınların vəkil kimi işləməsimə qadağa qoyulmuşdu.(Azadlıq radiosu)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ