SON DƏQİQƏ
» » Saakaşvili: Ermənistana yol çəkilməsi faciədir

Saakaşvili: Ermənistana yol çəkilməsi faciədir

Tarix:

6-02-2019, 22:13

/ 10 288 dəfə oxundu.
Saakaşvili: Ermənistana yol çəkilməsi faciədir

Rusiya və Gürcüstan arasından Ermənistana dəhlizin çəkilməsi haqqında müqavilənin imzalanması faciədir.

Report xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Abxaziya və Cənubi Osetiya ərazisindən keçməklə Gürcüstanla Rusiya arasında yeni buraxılış məntəqələrinin açılmasını şərh edərkən bildirib.

“Mən bu məntəqələrin 2012-ci ildə bizim beynəlxalq səviyyədə tanınan sərhədlərimizdə qoyulması barədə razılığa nail olmuşdum. Bu, İvanişvilinin təslim olmasıdır. Bu, gürcü dövlətçiliyi üçün uzunmüddətli faciə olacaq”, - deyə o yazıb.

Bildirilib ki, Rusiya ilə Gürcüstan arasında əldə edilən razılaşmaya əsasən, buraxılış məntəqələri Abxaziya və Cənubi Osetiya ərazilərində qoyulacaq. Məntəqənin işini İsveçrənin “SGS” şirkəti təşkil edəcək.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ