SON DƏQİQƏ
» » Salehi: Nüvə layihələrində İranın Avropa ilə həmkarlıqları davam edir

Salehi: Nüvə layihələrində İranın Avropa ilə həmkarlıqları davam edir

Tarix:

3-02-2019, 09:20

/ 10 210 dəfə oxundu.
Salehi: Nüvə layihələrində İranın Avropa ilə həmkarlıqları davam edir

İranın Atom Enerjisi Təşkilatının sədri deyib ki, İranın nüvə layihələrində Avropa ilə həmkarlıqları yaxşı irəliləyişə malikdir.

GunAz.az bildirir ki, Əli Əkbər Salehi Tehranda Milli Nüvə Nailiyyətləri Sərgisindən baxış keçirmənin kənarında müxbirlər qarşısında belə əlavə edib: Avropa İranda Qərbi Asiya üzrə ən yaxşı nüvə təhlükəsizliyi mərkəzi yaratmaq üçün iyirmi milyon avroluq öhdəlik götürübdür.

Salehi bildirib ki, İran hazırkı şəraitdə tədqiqat reaktorları konstruksiya edə bilər. O, deyib: Əgər qonşu ölkələr "yüngül su" üzrə tədqiqat reaktorlarına maraq göstərərlərsə, İranla əməkdaşlıq edə bilərlər.

İranın Atom Enerjisi Təşkilatının sədri vurğulayıb ki, İranın nüvə sənayesi dayandırılmayıb. O, əlavə edib: Texniki istiqamətdə Avropa ilə əməkdaşlıq yaxşı irəliləyir və hətta Avropa İranda layihələr həyata keçirir.

Salehi İran ilə Avropanın siyasi və hüquqi sahələrdə fikir ayrılıqlarına malik olduqlarını bildirib. O, deyib: Avropalıların öz gözləntiləri var. İranın da öz rəyləri var, amma iki tərəf siyasi dövrədə hərəkət edir.

скачать dle 12.1

Şərhlər